Rusiya XİN: Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir standartlara cavab vermir

Rusiya XİN: Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir standartlara cavab vermir
# 07 yanvar 2021 15:41 (UTC +04:00)

“Vaşinqtonda baş verənlər ABŞ-ın daxili işidir”.

APA-nın Moskva müxbirin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtondakı hadisələrə münasibət bildirərkən deyib.

“Bu, ABŞ-ın daxili işidir. Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir və müasir standartlara cavab vermir, pozuntu üçün imkanlar yaradır. Dost Amerika xalqına öz tarixlərindəki bu dramatik anları layiqli yaşamağı arzulayırıq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR