Rusiya XİN başçısının müavini: "İranın könüllü öhdəliklərindən tədricən geri çəkilməsi yeni hal deyil"

Rusiya XİN başçısının müavini: "İranın könüllü öhdəliklərindən tədricən geri çəkilməsi yeni hal deyil"
# 08 dekabr 2020 15:54 (UTC +04:00)

İranın Natanzdakı yeraltı uran zənginləşdirmə zavodunda təkmilləşdirilmiş IR-2m sentrifuqa kaskadlarını işə salmaq niyyəti müsbət addım deyil.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“İranın Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində götürdüyü könüllü öhdəliklərindən tədricən geri çəkilməsi yeni bir hal deyil. Əlbəttə, bu addım İranın nüvə proqramı ətrafında onsuz da olduqca mürəkkəb və gərgin atmosferə müsbət təsir etmir”, - deyə o bildirib.

S. Ryabkov qeyd edib ki, Tehranın özündə bu razılaşmanı pozmaqda maraqlı olan təsirli qüvvələr var: “İran tərəfini məsuliyyətli bir yanaşma nümayiş etdirməyə çağırırıq, baş verənlərin kökündə ABŞ-ın bir neçə aydır apardığı dağıdıcı addımların rolu var və bu son hadisələrdə özünü göstərir. Hərtərəfli Birgə Fəaliyyət Planını İranı əli ilə pozmaqda maraqlı olan qüvvələr var. Bu vəziyyətdə maksimum məsuliyyət göstərməyin vacib olduğuna inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR