Rusiya Xarici İşlər naziri sentyabrın 11-də çinli həmkarı ilə Moskvada görüşəcək

Rusiya Xarici İşlər naziri sentyabrın 11-də çinli həmkarı ilə Moskvada görüşəcək
# 11 sentyabr 2020 04:16 (UTC +04:00)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə sentyabrın 11-də Moskvada danışıqlar aparacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutacaq: “Xarici İşlər nazirlərinin çətin bir epidemioloji vəziyyət şəraitində keçiriləcək görüşdə Rusiya-Çin strateji tərəfdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə ediləcək”.

Həmçinin, qeyd edilib ki, danışıqlarda ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasının nəticələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinə hazırlıqlar, Asiya-Sakit Okean regionundakı problemlər, İranın nüvə anlaşması, Avrasiya qitəsində inteqrasiya təşəbbüslərinin uyğunlaşdırılması prosesi və digər aktual beynəlxalq məsələlərə toxunulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR