Rusiya Yaponiyaya nota verib

Rusiya Yaponiyaya nota verib
# 27 yanvar 2020 16:48 (UTC +04:00)

Vladivostok şəhərində Rusiyanın hərbi potensialı barədə gizli materiallar toplamağa cəhd edən yaponiyalı jurnalist saxlanılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxs jurnalist vizası ilə Rusiyaya gəlib.

Məlum insidentlə bağlı Yaponiyanın Rusiyadakı səfiri XİN-ə çağırılıb, səfirə Yaponiya vətəndaşının qeyri-qanuni fəaliyyəti ilə bağlı etiraz notası təqdim edilib.

Rusiyanı tərk etmək üçün 72 saat vaxt verilən yaponiyalı jurnalistin artıq öz ölkəsinə yola düşdüyü qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR