Rusiya hipersəsli silahlarla mübarizə vasitəsi yaratmağa hazırlaşır

Rusiya hipersəsli silahlarla mübarizə vasitəsi yaratmağa hazırlaşır
# 14 iyun 2020 16:16 (UTC +04:00)

"Digər ölkələr hipersəsli silahlar yaradan zaman Rusiyanın hipersəsli silahlarla mübarizə aparan vasitəsinin olması ehtimalı yüksəkdir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimri Putin bildirib.

V. Putin deyib ki, hipersəsli silah olacaq: “Lakin düşünürəm ki, tərəfdaşlarımızda bu cür silah olanda böyük ehtimalla, bizdə bu silahlarla mübarizə vasitələri yaranacaq. Bununla biz tərəfdaşlarımızı xoş təəccübləndirə biləcəyik".

Rusiya prezidenti onu da qeyd edib ki, bu gün heç kəs hipersəsli raketləri vura bilmir: “Bizdə böyük ehtimalla hipersəsli silahlarla mübarizə vasitələri o zaman yaranacaq ki, həmin vaxt dünyanın aparıcı ölkələrində bu hipersəsli silahlar meydana çıxacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR