Rusiya ilə İran birgə peyvənd istehsal edəcək

Rusiya ilə İran birgə peyvənd istehsal edəcək
# 10 fevral 2021 18:36 (UTC +04:00)

Rusiya və İran koronavirusa qarşı “Sputnik V” peyvəndinin birgə istehsalı barədə müqavilə imzalayıblar.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

“Peyvəndin birgə istehsalı barədə danışıqlar başa çatıb. Yaxın vaxtlarda İranda birgə peyvəndin istehsalının şahidi olacağıq”, - deyə iranlı diplomat vurğulayıb.

Qeyd edək ki, dünəndən İranda Rusiyanın “Sputnik V”-dən istifadə edilməklə əhalinin peyvəndlənməsinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR