Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada görüşüb

Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada görüşüb
  • Clock-gray 22:36
  • calendar-gray 01 Aprel 2021

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, nazirlər humanitar və iqtisadi məsələləri müzakirə ediblər.

“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin həyata keçirilməsini müzakirə ediblər”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Nazirlər ikitərəfli əməkdaşlığın aktual məsələləri, iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə hazırlıq barədə fikir mübadiləsi aparıblar.

apa-logo-mini

Digər xəbərlər