Rusiya və Ermənistan müdafiə nazirlərinin telefon danışığı olub

Rusiya və Ermənistan müdafiə nazirlərinin telefon danışığı olub
# 10 mart 2021 18:25 (UTC +04:00)

Bu gün Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər.

Müdafiə nazirləri eyni zamanda, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin vəzifələrinin icrası ilə bağlı mövcud vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR