Rusiya və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Rusiya və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
# 25 mart 2020 00:20 (UTC +04:00)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Cavad Zərif arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Koronavirus pandemiyası ilə mübarizə məsələlərini müzakirə edən XİN başçıları bu çərçivədə ikitərəfli əməkdaşlığı xüsusi qeyd ediblər.

Rusiya Xarici İşlər naziri ölkəsinin İranla ticari-iqtisadi əlaqələri, investisiya layihələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Sergey Lavrov qeyd edib ki, Rusiya Vaşinqtonu müvafiq ölkələrin COVID-19 pandemiyası ilə tam mübarizəsinə mane olan qeyri-insani sanksiyaları dərhal ləğv etməyə çağırır.

XİN başçıları Suriya və Əfqanıstandakı vəziyyət və digər beynəlxalq gündəmdə aktual olan mövzular ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR