Rusiya və Türkiyə XİN-ləri arasında 2021-2022-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb

Rusiya və Türkiyə XİN-ləri arasında 2021-2022-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb
# 29 dekabr 2020 14:53 (UTC +04:00)

Rusiya və Türkiyə Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, imzalanma Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında baş tutub.

Toplantının yekununda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu Rusiya və Türkiyə XİN-ləri arasında 2021-2022-ci illər üçün Məsləhətləşmələr Planını imzalayıblar.

Toplantının yekunu ilə bağlı nazirlər mətbuat nümayəndələri üçün brifinq keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR