Rusiyada 100 nəfər sərnişini olan təyyarə təcili eniş edib

Rusiyada 100 nəfər sərnişini olan təyyarə təcili eniş edib
# 14 fevral 2021 14:10 (UTC +04:00)

Rusiyanın 100 nəfər sərnişini olan Sukhoi Superjet təyyarəsi Yekaterinburqda təcili eniş edib.

APA bildirir ki, bu barədə E1.ru xəbər verir. Yekaterinburq Koltsovo hava limanından Ufa şəhərinə uçan təyyarə təcili enməli olub.

Məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub.

Uçuşun başlamasından qısa müddət sonra yanacaq filtrində nasazlıq olub və bu səbəbdən də heyət təyyarəni dərhal yerə endirmək qərarı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR