Rusiyada 12 yaşlı oğlan güllələnib

Rusiyada 12 yaşlı oğlan güllələnib
# 26 mart 2021 14:35 (UTC +04:00)

Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərində fərdi yaşayış evində güllə yarası ilə tapılan 12 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi açılıb.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında İstintaq Komitəsinin İstintaq Şöbəsinin nümayəndəsi deyib.

Onun sözlərinə görə, güllə yarası alan 12 yaşlı oğlan uşağının cəsədi 24 mart, günortadan sonra Oktyabrsk rayonunun Alekseyevka kəndindəki fərdi evlərdən birində tapılıb. Hadisə yerində bir "Saiga 12s" ov tüfəngi, iki patron və bir giliz aşkar edilib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin ("Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi") 2-ci hissəsinin "b" bəndi ilə cinayət işi başlanılıb. Hazırda müstəntiqlər uşağın ölümünün şərtlərini müəyyənləşdirirlər.

TASS-ın məlumatına görə, VII sinif şagirdi oyun zamanı həmyaşıdını atasına məxsus silahla vurub. Onlardan başqa evdə ölən uşağın yalnız böyük qardaşı var idi. Atəş səsini eşidən qardaş dərhal yerli məktəblərin birində sosial müəllim işləyən anasına zəng vuraraq hadisəni danışıb. Faciədən 10 dəqiqə sonra hadisə yerinə feldşer gəlib. O, uşağın öldüyünü təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR