Rusiyada 3 qatar toqquşub, stansiyanın dəmiryolu xətti sıradan çıxıb, xəsarət alanlar var - FOTO - VİDEO

Rusiyada 3 qatar toqquşub, stansiyanın dəmiryolu xətti sıradan çıxıb, xəsarət alanlar var - FOTO - VİDEO
# 28 iyul 2020 21:16 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində Malaya Balkanskaya küçəsində yerləşən “Kupçinskaya” yük stansiyası yaxınlığında dəmiryolu qəzası baş verib.

APA “spbdnevnik.ru”ya istinadən xəbər verir ki, 2 lokomotivin və 1 yük qatarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Şəhər Təcili Yardım Stansiyasından bildirilib ki, yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, digəri – qapalı kəllə-beyin travması alan Djanelidze soyadlı stansiya işçisi tibbi yardımdan imtina edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Regional Baş İdarəsinin məlumatına görə, qatarların toqquşması saat 14:00-da qeydə alınıb.

Bildirilib ki, qəza nəticəsində üç lokomotiv və qoşquda olan boş yük vaqonu, eləcə də dəmiryolu xətti sıradan çıxıb.

Hadisə yerinə 20 xilasedici və 5 texnika göndərilib.

“Oktyabrskaya” Dəmiryolu İdarəsinin mətbuat xidməti hadisənin sərnişin qatarlarının hərəkətinə mənfi təsir göstərməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR