Rusiyada 90-dan çox məktəbli qidadan zəhərlənib

Rusiyada 90-dan çox məktəbli qidadan zəhərlənib
# 02 mart 2021 13:55 (UTC +04:00)

Rusiyanın Krasnoyarsk şəhərində 91 məktəbli qidadan zəhərlənib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məktəblilərdə ilkin psevdotuberkulyoz diaqnozlu iyersinioz infeksiyası aşkar olunub.

7-14 yaş arası uşaqların zəhərlənməsinə salatın səbəb olduğu güman edilir.

Hazırda 56 məktəbli xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR