Rusiyada Azərbaycan dilinin öyrənilməsinə maraq artıb

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə maraq artıb
# 29 mart 2021 11:42 (UTC +04:00)

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə maraq artıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə profi.ru xidmətindən bildirilib.

Xidmətin istifadəçiləri ispan, italyan, fransız, serb və rumın dillərinin öyrənilməsi ilə bağlı repetitorlara daha az müraciət etməyə başlayıblar. Azərbaycan dilinə maraq isə əksinə, 2,5 dəfə artıb.

Profi.ru xidmətinin istifadəçilərinin 26 faizi Türkiyə türkcəsini öyrənmək istəyənlər olub.

Ekspertlər Rusiyada Azərbaycan dilinin öyrənilməsinə marağın artmasının ölkədə böyük Azərbaycan diasporunun olması ilə əlaqələndirirlər. Türkiyə türkcəsinin öyrənilməsinə maraq isə bu ölkəyə səyahət etmək istəyənlərin çoxluğu ilə bağlıdır. Koronavirus pandemiyası ilə əlaqədar Türkiyə rusiyalı turistlərin səyahət edə biləcəyi çox azsaylı ölkələrdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR