Rusiyada Böyük Vətən müharibəsi veteranlarını təhqir etməyə görə cəza sərtləşdirilib

Rusiyada Böyük Vətən müharibəsi veteranlarını təhqir etməyə görə cəza sərtləşdirilib
# 05 aprel 2021 16:52 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsi veteranlarını təhqir etməyə görə cəzanın sərtləşdirilməsi haqda qanunu imzalayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, qanun Rusiyanın hüquq-informasiya internet portalında dərc olunub.

Qanuna görə, İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqının fəaliyyəti və Böyük Vətən müharibəsi veteranları haqqında yalan məlumatların yayılmasına görə vətəndaşları 3 milyon rubla qədər cərimə və 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qanuna əsasən, nasizmin reabilitasiyasına görə cərimənin miqdarı 5 milyon rubl təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR