Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alınıb

Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alınıb
# 27 noyabr 2020 19:30 (UTC +04:00)

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma halları qeydə alınıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Nazir vurğulayıb ki, bununla bağlı məlumatlar dərc olunub.

Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 2 215 533 nəfərə, koronavirusdan ölənlərin sayı isə 38 558 nəfərə çatıb. Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR