Rusiyada COVID-19-a yoluxanların sayı 335 mini ötüb

Rusiyada COVID-19-a yoluxanların sayı 335 mini ötüb
# 23 may 2020 11:36 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9434 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 335 883 nəfərə çatıb.

Son sutka ərzində 139 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3388 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 107 936 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR