Rusiyada COVID-19-a yoluxanların sayı 441 138 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 441 138 nəfərə çatıb
  • Clock-gray 11:41
  • calendar-gray 04 İyun 2020

Rusiyada son sutka ərzində daha 8831 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 441 138 nəfərə çatıb. 

Son sutka ərzində 169 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 5384 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 204 623 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan sonra üçüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər