Rusiyada COVID-19-a yoluxanların sayı 449 834 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 449 834 nəfərə çatıb
# 05 iyun 2020 11:38 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8726 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 449 834 nəfərə çatıb.

Son sutka ərzində 144 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 5528 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 212 680 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR