Rusiyada COVID-19-a yoluxanların sayı 545 mini ötüb

Rusiyada COVID-19-a yoluxanların sayı 545 mini ötüb
# 16 iyun 2020 11:34 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8 248 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 545 458 nəfərə çatıb.

Son sutka ərzində 193 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 7 284 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 294 306 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR