Rusiyada COVID-19-a yoluxanların sayı 553 301 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 553 301 nəfərə çatıb
# 17 iyun 2020 11:36 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7 843 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 553 301 nəfərə çatıb.

Son sutka ərzində 194 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 7 478 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 304 342 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR