Rusiyada COVID-19-a yoluxanların sayı 613 994 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 613 994 nəfərə çatıb
# 25 iyun 2020 11:33 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7113 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 613 994 nəfərə çatıb.

Son sutka ərzində 92 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8605 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 375 164 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR