Rusiyada COVID-19-a yoluxanların sayı 62 773 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 62 773 nəfərə çatıb
# 23 aprel 2020 11:38 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 4774 nəfər yeni növ koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 62 773 nəfərə çatıb.

Son sutka ərzində 42 nəfərin öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 555-ə çatıb.

Xəstəlikdən sağalanların sayı 4891 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR