Rusiyada COVID-19-a yoluxanların sayı 650 mini keçib

Rusiyada COVID-19-a yoluxanların sayı 650 mini keçib
# 01 iyul 2020 11:38 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 6 556 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 654 405 nəfərə çatıb.

Son sutka ərzində 216 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 536 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 422 931 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR