Rusiyada COVID-19-a yoluxanların sayı 661 165 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 661 165 nəfərə çatıb
# 02 iyul 2020 11:33 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 6 760 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 661 165 nəfərə çatıb.

Son sutka ərzində 147 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 683 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 428 978 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR