Rusiyada COVID-19-a yoluxanların sayı 687 862 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 687 862 nəfərə çatıb
# 06 iyul 2020 11:32 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 6611 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 687 862 nəfərə çatıb.

Son sutka ərzində 135 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 10 296 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 454 329 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR