Rusiyada COVID-19 xəstələrinin sayı 806 720 nəfərə çatıb

Rusiyada COVID-19 xəstələrinin sayı 806 720 nəfərə çatıb
# 25 iyul 2020 11:38 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 5 871 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 806 720 nəfərə çatıb.

Son sutka ərzində 146 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə isə, koronavirusdan ölənlərin sayı 13 192 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 597 140 nəfər təşkil edib.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR