Rusiyada Mariya Zaxarova və Leyla Abdullayeva arasında məsləhətləşmələr keçirilib

Rusiyada Mariya Zaxarova və Leyla Abdullayeva arasında məsləhətləşmələr keçirilib
# 20 dekabr 2019 01:28 (UTC +04:00)

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin (XİN) Mətbuat Xidmətləri arasında məsləhətləşmələr keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-də keçirilən məsləhətləşmələrdə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva və onun rusiyalı həmkarı, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova iştirak ediblər.

Azərbaycan XİN sözçüsü özünün "Twitter" səhifəsində Moskvada keçirilən məsləhətləşmələr barədə post yazıb. Bildirib ki, Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin mətbuat xidmətləri arasında məsləhətləşmələrin növbəti mərhələsi keçirilib:

"Məhsuldar dialoq davam etdiriləcək",-deyə Leyla Abdullayeva qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR