Rusiyada “Twitter” bloklana bilər

Rusiyada “Twitter” bloklana bilər
# 12 mart 2021 12:08 (UTC +04:00)

Rusiyada “Twitter” sosial şəbəkəsi bloklana bilər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsinə Nəzarət üzrə Federal Xidməti - “Roskomnadzor” martın 10-dan Rusiya Federasiyasında qadağan edilmiş məzmunun çıxarılmasına dair qanunvericiliyin tələblərini qəsdən pozduğu üçün “Twitter”in sürətini mobil cihazlarda 100 faiz, stasionar cihazlarda isə 50 faiz azaldıb.

Rusiyanın İctimai Palatasının üzvü, Təhlükəsiz internet liqasının direktoru Yekaterina Mizulina gələcəkdə “Twitter”in tamamilə bloklanmasını istisna etməyib: “Əlbəttə ki, gələcəkdə “Twitter”in Rusiya Federasiyası ərazisində tamamilə bloklanması istisna deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR