Rusiyada ağır yol qəzasında hər iki sürücü hadisə yerində ölüb - FOTO

Rusiyada ağır yol qəzasında hər iki sürücü hadisə yerində ölüb - FOTO
# 01 iyun 2020 06:14 (UTC +04:00)

Mayın 31-də Həştərxan-Koçubey-Kizlyar-Mahaçkala avtomobil yolunda ağır yol qəzası baş verib.

APA astrakhan-24.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, "Nissan Premiera" markalı avtomobili idarə edən 26 yaşlı gənc İkryanoye kəndi istiqamətində gedərkən idarəetməni itirib. Avtomobil qarşıdan gələn zolağa çıxıb və 52 yaşlı yerli sakinin idarə etdiyi “VAZ-2115” markalı maşına çırpılıb. Zərbənin gücündən hər iki avtomobil yararsız hala düşüb. Hər iki sürücü yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR