Rusiyada anbarda güclü yanğın baş verib

Rusiyada anbarda güclü yanğın baş verib
  • Clock-gray 23:09
  • calendar-gray 15 Dekabr 2019

 

Rusiyanın Novosibirsk vilayətinin Dovolenski rayonunda tekstil materialların saxlanıldığı anbarda güclü yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, anbarın 2,1 min kvadrat metr sahəsi yanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, Dovolnoye qəsəbəsinin Raboçaya küçəsində qeydə alınan güclü yanğın nəticəsində anbarın damı çöküb.

Yanğının söndürülməsinə 22 nəfər yanğınsöndürən, 8 ədəd texnika cəlb olunub.

 

Rəşad Sarıyev

Digər xəbərlər