Rusiyada atışma zamanı 5 nəfər öldürülüb

Rusiyada atışma zamanı 5 nəfər öldürülüb
# 05 aprel 2020 04:33 (UTC +04:00)

Rusiyanın Ryazan vilayətində silahlı şəxs beş nəfəri öldürüb.

APA xəbər verir ki, bu barədə “TASS” hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, insident zamanı ölən dörd kişi və bir qadın cinayətkarın qonşuları olub. Hazırda o, polislər tərəfindən saxlanılıb.

İnsidentin təfərrüatları polis tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR