Rusiyada avtobusla yük maşını toqquşub, 7 nəfər yaralanıb

Rusiyada avtobusla yük maşını toqquşub, 7 nəfər yaralanıb
# 04 dekabr 2019 05:20 (UTC +04:00)

Moskvanın Odintsovo şəhər dairəsində Belarusdan gələn sərnişin avtobusu “M1” federal şossesinin 24-cü kilometrliyində yük maşını ilə toqquşub.

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Qəza nəticəsində avtobusda olan 48 sərnişindən 7-si müxtəlif dərəcəli xəsarət alıb.

Avtobusdakı sərnişinlər hadisə yerindən bir kilometr aralıda yerləşən “Matveyevskoye” otelinə yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR