Rusiyada avtomobil 8 nəfəri vurub, onlardan 5-i ölüb

Rusiyada avtomobil 8 nəfəri vurub, onlardan 5-i ölüb
# 01 noyabr 2020 12:04 (UTC +04:00)

Bu gün səhər saat 05.00 radələrində Rusiyanın Krasnodar diyarında “Lada Priora” markalı minik avtomobili 8 nəfəri vurub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə İdarəsi məlumat yayıb.

Görmə məsafəsinin az olduğu hava şəraitində hərəkətdə olan “Lada Priora”nın sürücüsü qarşıda “VAZ 2115” və “VAZ-21099” markalı minik avtomobillərinin dayandığını görüb və toqquşmadan yayınmaq üçün yolun əks istiqamətinə keçib. Bu zaman avtomobil 8 nəfəri vurub. Nəticədə xəsarət alanlardan 5 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR