Rusiyada avtomobil səkidə hərəkətdə olan hamilə qadını vurub

Rusiyada avtomobil səkidə hərəkətdə olan hamilə qadını vurub
# 09 iyul 2020 04:18 (UTC +04:00)

Rusiyada BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çıxıb, 6 aylıq hamilə qadını vurub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şəhər yol polisinin əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, qəza çərşənbə günü Soçi şəhərinin mərkəzində qeydə alınıb.

BMW yol qırağında park edilmiş iki maşına da çırpılıb. Hadisə zamanı daha bir piyada xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR