Rusiyada azyaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb

Rusiyada azyaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb
# 03 iyun 2020 04:28 (UTC +04:00)

Rusiyanın Saratov vilayətində bədbəxt hadisə nəticəsində 2 yaş 10 aylıq qız ölüb.

APA-nın məlumatına görə, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

İlkin məlumata görə, faciə ötən gün Penzenskaya küçəsində yerləşən evlərdən birində gündüz baş verib.

Azyaşlı qız səkkizinci mərtəbənin pəncərəsindən yerə düşüb. O, aldığı xəsarətlərdən yerindəcə ölüb.

Hadisə ilə bağlı istintaq başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR