Rusiyada azərbaycanlı blogger sürücülük hüququndan məhrum edilib

Rusiyada azərbaycanlı blogger sürücülük hüququndan məhrum edilib
# 09 iyun 2020 18:24 (UTC +04:00)

Rusiyada tanınmış azərbaycanlı blogger Hüseyn Həsənov 3 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya KİV Moskvanın Xoroşevskiy Rayon Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məhkəmə azərbaycanlı bloggerin öz avtomobilinin dövlət nömrə nişanını gizlətməsinə görə onu 3 ay müddətinə sürücülük hüququndan məhrum edib.

Qeyd edək ki, azərbaycanlı H. Həsənov Rusiyanın tanınmış video bloggerlərindən biridir. Onun “Instagram” səhifəsinin 14 milyondan çox izləyicisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR