Rusiyada baş vermiş avtoqəzada 4 nəfər ölüb

Rusiyada baş vermiş avtoqəzada 4 nəfər ölüb
  • Clock-gray 00:39
  • calendar-gray 13 Dekabr 2019

Rusiyanın Soçi şəhərində Volkswagen Polo və Range Rover” markalı avtomobillərin qarşı-qarşıya toqquşma nəticəsində dörd nəfər ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza səhər saat 06:00 radələrində Krasnaya Polyanadakı Adler – Alpika-Servis magistralının 20-ci kilometrliyində qeydə alınıb.

Avtoqəza nəticəsində “Volkswagen”in sürücüsü və üç sərnişini ölüb. “Range Rover”in sürücüsü isə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım xidmətlərinin əməkdaşları gəliblər. İlkin məlumatlara görə, “Volkswagen” markalı avtomobili idarə edən sürücü “Range Rover” markalı avtomobilin yoluna çıxıb və avtomobillər toqquşub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date