Rusiyada baş vermiş avtoqəzada 6 nəfər ölüb

Rusiyada baş vermiş avtoqəzada 6 nəfər ölüb
# 06 yanvar 2021 01:28 (UTC +04:00)

Rusiya Federasiyasının Smolensk vilayətində iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Daxili İşlər Nazirliyinin bölgə üzrə nümayəndəsi məlumat verib.

Məlumata görə, avtoqəza Smolensk şəhərinin cənub-qərb çıxışının 16-cı kilometrliyində baş verib.

“Bir “Hyundai” markalı və bir “VAZ-2115” markalı avtomobillər toqquşub. Nəticədə birincinin sürücüsü və bir qadın sərnişin ölüb, “VAZ”-da isə sürücü və üç sərnişin - bir kişi və iki qadın ölüb”, - agentliyin həmsöhbəti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR