Rusiyada baş vermiş yanğın zamanı 4 nəfər ölüb

Rusiyada baş vermiş yanğın zamanı 4 nəfər ölüb
# 09 yanvar 2021 14:07 (UTC +04:00)

Rusiyanın Arxangelsk vilayətində yanğın baş verib, 4 nəfər ölüb.

APA-nın Rusiya bürosunun məlumatına görə, yanğın Arxangelsk vilayətinin Xolmoqorsk rayonunun Lomonosovo kəndində yerləşən iki mərtəbəli 12 mənzilli taxta binada qeydə alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində 4 nəfərin meyiti tapılıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Arxangelsk vilayəti üzrə Baş İdarəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR