Rusiyada baş vermiş yanğın zamanı 4 nəfər ölüb

Rusiyada baş vermiş yanğın zamanı 4 nəfər ölüb
  • Clock-gray 00:51
  • calendar-gray 08 Aprel 2021

Rusiya ərazisində, Saxa (Yakutiya) Respublikasında taxtadan tikilmiş evin yanması nəticəsində ikisi uşaq olmaqla dörd nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın Çapayevo yaşayış məntəqəsindəki ikimərtəbəli taxta evdə baş verib.

Yanğın 800 kvadratmetr ərazini əhatə edib.

“İki uşaq da daxil olmaqla, dörd nəfər ölüb”, - deyə təcili tibbi yardım xidmətindən bildirilib. Məlumata görə, həmin şəxslər tüstüdən boğularaq ölüblər.

apa-logo-mini

Digər xəbərlər