Rusiyada baş vermiş yanğın zamanı 5 nəfər ölüb

Rusiyada baş vermiş yanğın zamanı 5 nəfər ölüb
# 14 yanvar 2021 03:41 (UTC +04:00)

Rusiyanın Xabarovsk şəhərində doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində, ikisi uşaq olmaqla, beş nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu təcili tibbi yardım xidmətinin nümayəndəsi bildirib.

“İlkin məlumatlara görə, Belorusskaya küçəsindəki doqquzmərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə baş verən yanğın, ikisi uşaq olmaqla, beş nəfərin ölümünə səbəb olub. Onların tüstüdən boğulduqları ehtimal olunur”, - məlumatda belə deyilir.

Bildirilir ki, yanğın təxminən 10 kvadratmetr ərazini əhatə edib. Yanğının təfərrüatları və ölənlərin şəxsiyyəti araşdırılır, hadisə yerinə əməliyyat istintaq qrupu cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR