Rusiyada baş vermiş yol qəzasında 5 nəfər ölüb

Rusiyada baş vermiş yol qəzasında 5 nəfər ölüb
# 23 fevral 2020 05:32 (UTC +04:00)

Rusiya ərazisində, Kalmıkiya Respublikasının Çernozemelsk rayonunda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın DİN Baş İdarəsinin əməkdaşı Andrey Basxayev bildirib.

Onun sözlərinə görə, avtoqəza zamanı iki minik maşını qarşı-qarşıya toqquşub: “Avtomobilin birində iki nəfər ölüb, Dağıstan qeydiyyat nömrəsi olan ikinci avtomobildə üç nəfər ölüb, iki nəfər xəsarət alıb”.

Xəsarət alanlardan birinin uşaq olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR