Rusiyada beynəlxalq uçuşlara tətbiq edilən qadağanın müddəti uzadılıb

Rusiyada beynəlxalq uçuşlara tətbiq edilən qadağanın müddəti uzadılıb
# 02 iyul 2020 16:58 (UTC +04:00)

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviasiya”) beynəlxalq uçuşlara tətbiq edilən qadağanın müddətini uzadıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Rosaviasiya" koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların məhdudlaşdırılması haqqında qərarın müddətini avqustun 1-nə kimi uzadıb.

Federal Agentlik ölkənin hava limanlarına və aviaşirkətlərə teleqram göndərib. Həmin teleqramda xarici ölkə vətəndaşlarının Rusiyaya girişinə qadağının müddətinin uzadılması öz əksini tapıb.

“31.07.2020-ci il saat 23:59-a kimi xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında qadağa qüvvədədir”, - deyə bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl “Rosaviasiya” iyulun 15-dən beynəlxalq uçuşların bərpa olunacağı haqqında məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR