Rusiyada daha 11 749 nəfər koronavirusa yoluxub

Rusiyada daha 11 749 nəfər koronavirusa yoluxub
# 24 fevral 2021 12:04 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 11 749 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 200 902 nəfərə çatıb.

Son sutka ərzində 383 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə COVID-19-dan ölənlərin sayı 84 430 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR