Rusiyada daha 24 763 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 24 763 nəfər COVID-19-a yoluxub
# 14 yanvar 2021 12:47 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 24 763 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 495 816 nəfərə çatıb.

Son sutka ərzində 570 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 63 940 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR