Rusiyada daha 26 509 nəfər koronavirusa yoluxub, 596 nəfər ölüb

Rusiyada daha 26 509 nəfər koronavirusa yoluxub, 596 nəfər ölüb
# 16 dekabr 2020 12:37 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 26 509 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 734 454 nəfərə çatıb.

Son sutka ərzində 596 nəfərin koronavirusdan öldüyü bildirilir. Ümumilikdə, koronavirusdan ölənlərin sayı isə 48 564 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR