Rusiyada daha 5482 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 5482 nəfər COVID-19-a yoluxub
# 31 iyul 2020 11:56 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 5482 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 839 981 nəfərə çatıb.

Son sutka ərzində 161 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 963 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 638 410 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR