Rusiyada daha 6196 nəfər koronavirusa yoluxub

Rusiyada daha 6196 nəfər koronavirusa yoluxub
  • Clock-gray 11:35
  • calendar-gray 21 Sentyabr 2020

Rusiyada son sutka ərzində daha 6 196 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 109 595 nəfərə çatıb.

Son sutka ərzində 71 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 489 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər